Xəbər lenti

"New York Times" jurnalistləri Rusiyaya işləməkdə ittiham olunur
Dünya12:53 26.12.2023

"New York Times" jurnalistləri Rusiyaya işləməkdə ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının atəşkəsə hazır olması barədə məqalə yazan "New York Times" (NYT) jurnalistlərinin Moskvanın maraqlarına xidmət etməkdə günahlandırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
"The New York Times" Rusiyanın guya sülhə hazır olması barədə məqalə dərc edib. Bu mətni yazmaq üçün Moskva, Rusiyada işlədikləri müddətdə işə amerikalı jurnalistləri cəlb edib", deyə departament hesab edir.
NYT məqaləsi dekabrın 23-də dərc edilib. Orada bildirilir ki, Rusiya Federasiyası vasitəçilərdən istifadə edərək, Qərb ölkələrinə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olması barədə siqnallar göndərir. Materialın müəllifləri iddia edirlər ki, bu barədə onlara Kremlə yaxın olan iki keçmiş rusiyalı məmur deyib.
Qəzetin yazdığına görə, Rusiya hakimiyyəti Rusiya Federasiyasının artıq azad etdiyi ərazilərin onun tərkibində qalması şərti ilə hərbi əməliyyatları dondurmağa hazırdır. İddia olunur ki, bu ilin sentyabrından Qərbə belə siqnallar gəlir.
Eyni zamanda, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov NYT-yə verdiyi şərhdə məqalədə göstərilən tezisləri "konseptual olaraq yanlış" adlandırıb və "xüsusi əməliyyat"ın məqsədlərinin dəyişmədiyini vurğulayıb.
Aydın