Xəbər lenti

Nicat Dağlar Almaniyaya çatıb
Ölkə08:16 26.07.2013

Nicat Dağlar Almaniyaya çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bazar ertəsi klinikadakı professor bizi qəbul etməlidir"

Müalicə üçün Almaniyaya gedən jurnalist Nicat Dağlar mənzil başına çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Azadlıq Radiosuna onun qaynı Məqsəd Rəhimov məlumat verib:

«Bu gecə 4-də yola düşmüşük. Artıq Frankfurtdayıq. Almaniyada şənbə və bazar iş olmadığından bu gün istirahət edəcəyik. Frankfurtdan 200 km aralıda olan bir şəhərdə klinika var. Bazar ertəsi həmin klinikadakı professor bizi qəbul etməlidir».

Jurnalist N. Dağlar leykoz xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə müalicə üçün Gürcüstanda olub. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra Nicat Dağların müalicə xərclərini dövlət öz üzərinə götürüb.


Qaynar.info