
“Nida” Vətəndaş Hərəkatı film təqdimatı keçirəcək.
“Elephant” prodakşnla birgə istehsal olunan sənədli film “5 fəsil” adlanır. Film son iki ildə Azərbaycanda baş verən siyasi proseslərdən bəhs edir.
Filmin təqdimatı yanvarın 11-i saat 15:30-da Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında başlayacaq. Təqdimatdan sonra film barədə müzakirə nəzərdə tutulur.
Qaynar.info