Xəbər lenti

“Nida”çıların məhkəməsi təxirə salındı
Ölkə07:17 12.12.2013

“Nida”çıların məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.  

Qaynar.info saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, prosesin təxirə salınmasına hava şəraitinin səbəb olduğu bildirilib. Proses dekabrın 18-də davam etdiriləcək.

Xatırladaq ki, hazırda N!DA VH-nin 7 üzvü həbsdədir. Gənclərə 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.N!DA-çılardan əlavə “Azad” Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə də cinayət məcəlləsinin 220.1-ci maddəsi ilə təqsirləndirilir.

Gənclər vicdan məhbusu elan olunub. 

Qaynar.info