Xəbər lenti

Nigar Yaqublunun qaldığı hoteldə yanğın
Ölkə07:40 30.03.2016

Nigar Yaqublunun qaldığı hoteldə yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan paytaxtında “Verepalace” hotelində yanğın baş verib.

Yanğın hoteldəki otaqlardan birində başlayıb. 

Yanğının Tiflisdə bu gün işə başlayan Cənubi Qafqaz və Ukrayna gənc siyasətçilərinin 4-cü Forumunda iştirak edən Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublu və Ümid Partiyasının sədr müavini Həcər Abbaslının qaldıqları otaqda baş verdiyi bildirilir.

Forumda iştirak edən Nigar Yaqublu və Həcər Abbaslıya yanğın barədə məlumat verilib. Məlumata görə, onların otaqda olan əşyaları yanıb. 

Qeyd edək ki, forum bu gün işə başlayıb. Toplantıda Azərbaycan, Ermənistan Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak edir. Azərbaycanı forumda 14 siyasi partiyadan, o cümlədən YAP-dan olan gənclər təmsil edir. //apa

Qaynar.info