Nigeriyada küçəyə çıxma qadağasına məhəl qoymayan 18 nəfər öldürülüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları Komissiyasının hesabatında qeyd olunub. Hesabata görə, təhlükəsizlik qüvvələri qanunlara tabe olmayan 33 nəfərə də işgəncə veriblər. Karantin müddətində çox sayda insanın da yaralandığı bildirilib.
Qeyd edək ki, bu vaxta qədər Nigeriyada 373 nəfərdə koronavirus aşkar edilib, 11 nəfər ölüb.
Camal