
ABŞ astronavtı, Aya ilk ayaq basmış insan Nil Armstronqun aydan gətirdiyi ilk nümunələri qoyduğu çanta Nyu-Yorkda keçirilən hərracda 1,8 milyon dollara satılıb.
"Qaynarinfo"nun BBC-yə istinadən məlumatına görə, eksponatı alan şəxsin kimliyi açıqlanmayıb.
Qeyd edək ki, Armstronq sözügedən çantanı 1969-cu ildə "Apollo 11" gəmisi ilə Aya səfəri zamanı istifadə edib və astronavtın oradan qayıdarkən gətirdiyi qum və daş nümunələri hələ də kənar təsirlərdən təmizləmə xüsusiyyətinə sahib olan çantada saxlanılır.
Sözügedən çanda əvvəllər ABŞ-ın muzey və araşdırma mərkəzi olan Smitsonian İnstitutuna verilmiş, lakin eksponatların siyahısının tərtibi zamanı edilən bir xəta nəticəsində unudularaq Conson Kosmos Mərkəzində bir qutunun içərisində qalıb. Həmin vaxt əsl xüsusiyyəti bilinməyən çanta 2015-ci ildə bir vəkil tərəfindən alınıb. NASA çantanı geri qaytarmaq üçün əlindən gələni etsə də, federal məhkəmə eksponatın satıldığı şəxsə aid olduğuna dair qərar qəbul edib.
Qaynarinfo.Az