Xəbər lenti

Nişanlısını bıçaqladı, qardaşını öldürdü - Bakıda qanlı olay
Ölkə06:48 17.02.2015

Nişanlısını bıçaqladı, qardaşını öldürdü - Bakıda qanlı olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə saatlarında Səbail rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 33 yaşlı Türkan Elçin qızı Hüseynova və qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 
Döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılan zaman onda həyat əlamətləri olmayıb. Xəsarətləri yüngül olan Türkan Hüseynova ilkin yardımdan sonra evə buraxılıb. 
Lent.az-ın əldə etdiyi məlumata görə, Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən şəxsin 1981-ci il təvəllüdlü Mustafayev Rasim Teymuraz oğlu olması müəyyən edilib. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Bildirilir ki, R.Mustafayev E.Hüseynlinin bacısı Türkanın nişanlısı olub. Bu gecə 34 yaşlı Rasim onların evinə gəlib və bacı ilə qardaşı bıçaqlayıb. E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. T.Hüseynova isə ambulator müalicəyə yazılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qaynar.info