Xəbər lenti

Niyaməddin Musayevdən müğənnilərə xəbərdarlıq: "Düz qeyd edin, danmayın"
Maqazin07:23 30.07.2017

Niyaməddin Musayevdən müğənnilərə xəbərdarlıq: "Düz qeyd edin, danmayın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Müasir estradanın təməlini mən qoymuşam".

"Qaynarinfo" axsam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Niyaməddin Musayev "Lider maqazin"ə açıqlamasında deyib. 

İfaçı mahnılarını oxuyan müğənnilərə xəbərdarlıq edib:

"Bu sənətdə Niyaməddin bir dənədir. Mənim səs tembrimdən çətin kimdəsə ola. Mahnılarımı hamı oxuyur, çörək qazanır, sənətdə tanınırlar. Bundan gözəl heç nə ola bilməz. Bəzən müəlliflik hüququmu danırlar. Onlara deyirəm ki, müəllifi düz qeyd edin, danmayın. Onların paxıllığını çəkmirəm, qətiyyən. Yaxşı oxumasalar paxıllıq edərəm".

Qaynarinfo.Az