Xəbər lenti

Niyə bazar və ət dükanlarında keçi əti satılmır? - Ekspert
Ekonomiks 18:58 28.11.2025

Niyə bazar və ət dükanlarında keçi əti satılmır? - Ekspert

Mütəxəssislər keçi ətinin insan orqanizmi üçün ən sağlam ət növü olduğunu araşdırıb. Keçi əti az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması, protein, dəmir və B12 vitamini baxımından digər ət növlərini geridə qoyur. Ürək sağlamlığı üçün vacib sayılan keçi əti niyə bazar və ət dükanlarında satışda yoxdur? 

İqtisadçı Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bu gün ət satışı ilə məşğul olan bazar və dükanlarda keçi ətinin satıldığını bildirib:

"Keçilərin sayı azdır. Keçi ətinin dadını bilənlər isə kifayət qədərdir. Bu dadı bilməyənlər bəzi halda keçi ətindən imtina edirlər. Ona görə də keçi ətini quzu əti adı altında satırlar”.
 


Ekspert keçi ətinin yay aylarında satışda olmadığını xatırladıb:

"Payız, qışın sonu və bir də baharın əvvəlində yeyilir. Hardasa 6-7 ay tələbat olur. Çoxları keçi ətinin dadını bilmədiyindən qəssablar onu quzu əti adıyla əhaliyə satır. Əslində keçi əti istehlak olunur”.

Vahid Məhərrəmli keçi ətinin mövsümü xarakter daşıdığının da səbəblərini açıqlayıb:

"Bu, ənənə ilə bağlıdır. Həm də əvvəllər keçilərin sayı az olduğu üçün çalışıblar ki, keçiləri yay-yaz aylarında yaxşı qidalandırsınlar və payızda satışa çıxartsınlar. Keçilərdə qısa müddətdə normal çəki almaq quzulara nisbətdə asan deyil. Keçilər hər otu yemir. Kökəltmədə onları saxlamaq mümkün deyil. Onlar təmiz otu sevir”.

Satıçılar keçi ətini sifarişlə gətirdiklərini bildirir:

"Keçi əti payız-qış mövsümündə yeyilir. Yay aylarında bu ətə qətiyyən tələbat olmur. Elə indinin özündə də keçi ətini sifarişlə gətiririk. Qoyun ətinə nisbətdə bahadır. Alıclar bu ətə tələbat duymamasının səbəbini ondan gələn xüsusi qoxu ilə əlaqələndirir. Amma təbabətdən də məlumdur ki, keçi piyi insan orqanizmi üçün dərman sayılır. Piyi dərman olan ətin faydası ondan da çox olar”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->