
Bakının Nizami rayonunda yataqxana yanır.
Bu barədə "Report"a hadisə şahidləri məlumat verib. Rayonun Ordubadi küçəsində yerləşən yataqxanada bu dəqiqələrdə yanğın başlayıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının qarşısını almaq üçün işlər davam etdirilir.
Qaynar.info