Nobel mükafatı laureatı, yazıçı
Svetlana Aleksieviç Belarusdan Almaniyaya uçub.
Qaynarinfo TUT.BY-yə istinadla xəbər
verir ki, köməkçisi Tatyananın dediyi kimi, Aleksieviçin getməsi onun Müxalifət
Koordinasiya Şurasının Rəyasət Heyətindəki işi ilə əlaqəli deyil. Köməkçinin
sözlərinə görə, Aleksieviç İsveçdə bir kitab sərgisinə, daha sonra Siciliyada
bir mükafat təqdimatında iştirak etmək üçün gedib. Bütün bunlardan sonra o, Belarusa
qayıdacaq.
Eyni zamanda köməkçisi Aleksieviçin
geri dönmə vaxtının Belarusdakı hadisələrin necə inkişaf edəcəyindən asılı
olacağını söyləyib.
Bundan əvvəl, Belarus Koordinasiya
Şurasına qarşı hakimiyyəti ələ keçirmək çağırışlarına görə cinayət işi açılıb.
Alpər
Şərhlər