Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını diplomatik pərdə altında casusluqda şübhəli bilinərək arzuolunmaz şəxs elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveç hökumətinin bəyanatında
deyilir.
"Hökumət Norveçdə diplomatik pərdə altında işləyən 15 Rusiya kəşfiyyat zabitini arzuolunmaz şəxs elan etmək qərarına gəlib. Bu kəşfiyyatçılar tezliklə Norveçi tərk etməlidirlər", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik vurğulayıb ki, Norveç "kəşfiyyat əməkdaşlarına” viza verməyəcək.
Nizami Bağırov