Xəbər lenti

Dünya 18:49 29.01.2024

Norveç Müdafiə Nazirliyi: "Rusiya ilə müharibəyə hazır olmalıyıq"

Norveçin müdafiə naziri Eirik Kristoffersen hesab edir ki, Norveç ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır. 

Qaynarinfo xəbər verir ki, Kristoffersen bu barədə Almaniyanın RND xəbər agentliyinə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Ukrayna münaqişəsindən sonra Moskva Norveçə hücum planı hazırlaya bilər.

Kristoffersen hesab edir ki, Rusiya ordusu hazırda genişmiqyaslı modernləşdirmə aparır və Ukraynada döyüşlər zamanı buraxılmış səhvlər üzərində işləyir. Norveç Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya qoşunları ildən-ilə güclənir. Kristoffersen əlavə edib ki, hərbi əməliyyat başa çatdıqdan üç il sonra Rusiya Federasiyası öz hərbi gücünü artırmağa qayıda biləcək.

Eyni zamanda, nazir vurğulayıb ki, hazırda Norveç üçün birbaşa təhlükə yoxdur, ona görə də ölkə Ukraynaya silah tədarükünü davam etdirə bilər. Bununla belə, Kristoffersenin sözlərinə görə, Rusiya ilə birbaşa toqquşmaya "çox vaxt qalmayıb”. Nazir ayrıca Rusiya Federasiyasının Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin vəziyyətini xüsusi qeyd edib. Kristoffersenin fikrincə, Moskvanın bu qoşunlarda demək olar ki, itkisi yoxdur, ona görə də Norveç Rusiya ordusunda qüvvələrin yığılmasını diqqətlə izləməlidir.

Kristoffersen bundan əvvəl Rusiya ilə mümkün müharibə barədə xəbərdarlıq etmişdi. O, həmçinin Avropadakı təhdidlər fonunda ordu üçün maliyyənin artırılmasına çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->