Norveç ordusunda təcavüz qalmaqalı davam edir.
Qaynarinfo xəbər verir ki, orduda keçirilən sorğuya görə, ötən il 24 qadın, 20 kişi hərbçi zorlandığını, 123 nəfər isə təcavüz təhlükəsi ilə üz-üzə qaldığını etiraf edib. Sorğuda ümumilikdə 8800 ordu üzvü iştirak edib. Rəsmi şəkildə isə cəmi 2 zorlama faktı qeydə alınıb.
Norveçdə qadınlar 2016-cı ildən bəri hərbi xidmətə çağırılır.
Gülşən