26 aprel 1986-cı il, gecə saat 01:23 - dünyanın o ən qorxunc nüvə qəzasına saniyələr var....
...Və SSR-də, Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunda güclü partlayış!
Bu gün Çernobıl qəzasından 29 il keçir. Çernobılda baş verən böyük qəza, ardınca daha böyük fəlakətlər gətirdi: xəstəliklər və ölüm…
Çoxları bu hadisənin kommunizm rejiminin dağılmasının başlanğıcı olduğunu deyir.
Bəs necə olmuşdu axı? Necə olmuşdu ki, Xerosimadan 10 qat daha güclü olan bu partlayışa yol verilmişdi?
O gecə Çernobılda iki ölümcül sirr saxlanılırdı.
Birinci, 4-cü enerji blokunun inşasında gözdən qaçan çatışmazlıq. Bu çatışmazlıq, aşağı enerjidə tarazlığın pozulasına səbəb olmuşdu.
Digər sirr isə səlahiyyətli şəxs olan Anatoli Diatlovun bacarıqsızlığı hesab edilir. O gecə Diatlov və enerji bloku arasındakı mübarizə Diatlovun texnologiya sahəsindəki daha öncəki səhvlərindən növbətisi oldu. Bu dəfə daha ağır...
Sürətlə düşən enerji səviyyəsinin günahını işçilərdə görən Diatlov, kommunizmin yetirməsi idi. Sibirdə balıqçının oğlu olaraq doğulmuşdu. 14 yaşında evdən qaçmış, belə bir başlanğıcla mühəndislik rütbəsi ala bilmişdi. Enerji blokunu test edən işçilərdən birinin Diatlov haqqında dediyi bu sözlər onun necə insan olduğunu göstərirdi: “O gecə nəzarət otağında özü ilə eyni səviyyədə başqa birini tanımırdı. Həqiqətən orada onun qədər güclü xarakterli, yaxud onun qədər professional səviyyədə fikirlərinə hörmət edəcəyi heç kim yox idi”.
Testin baş tutması, Rusiya Atom Enerjisi Qrumu və Sovetlər birliyini bürüyən soyuq müharibə qorxusundan yaranmışdı. Bundan öncə İsrail hava qüvvələri ruslar tərəfindən inşa edilən İraq nüvə reaktrunu bombalamışdı. Bu hadisədən bəri, düşmən hücumu zamanı nələr baş verəcəyini bilmək üçün sovet elm adamları reaktorları test edirdilər. Lakin köməkçi şef mühəndis Anatoli Diatlov testləri necə icra etmək lazım olduğu ilə bağlı kağız üzərindəki tövsiyyələri gözardı etmişdi. Testə başlayan zaman radiatorun enerji səviyyəsinin 700-1000 meqavat arasında olması göstərilsə də, Deatlov testi sadəcə 200 megavatda həyata keçirmək istədi.
Nəzarət otağındakı işçilər buna niyə etiraz edə bilmirdi?
Etiraf edək ki, gözəl sualdı. Diatlovla bərabər bütün işçilər radiatorun 200 meqavatda test edilməsinin gətirə biləcəyi fəlakəti bildikləri halda, bu ölümcül riskə razı olmuşdular. Nüvə mühəndisliyi prestijli və yaxşı gəliri olan ixtisasdır. İşçilər ailələri ilə birlikdə onlar üçün salınmış şəhərcikdə yaşayırdılar. Bahalı mallar, məktəb və əyləncə parkları... Yaşamaq üçün kifayət qədər lüks, yüksək səviyyəli həyat təminatları var idi. Bu səbəbdən heç kim işini itirmək istəmirdi. Çünki işi itirmək, bu şəhərcikdəki evi və bu həyatı itirmək, Sibirin ucqar əyalətlərində başqa həyat yaşamaq demək idi. Etdikləri şeyin nə qədər qorxunc risk olduğunu açıq-aşkar deyə bilməməklərinin səbəbi bu idi - işdən atılmaq qorxusu idi.
Anatoli Diatlov niyə bu qədər qəzəbli və etinasız idi?
Diatlov nəzarət otağındakı əks reaksiyalara rəğmən testlərə davam etdi. İşçiləri ilə kobud rəftar etdiyi üçün Diatlovun enerji santralındakı yeri, yerli kommunist partiyası ilə problemlərə səbəb ola bilərdi. Şefi Nikolay Fomin daha yüksək vəzifəyə keçəcəkdi. Bu testin uğurla nəticələnməsi onun Fominin yerinə keçməsinə kömək edə bilərdi.
Ancaq Diatlovun daha qaranlıq sirri var idi...
O, 60-cı illərdə Sibirdə işləyirdi. Sualtı gəmilərə nüvə reaktor yerləşdirirdi. O zaman nüvə qəzası nəticəsində güclü radioaktivə məruz qalmışdı. Sibir qəzasından sonra Diatlovun oğlu radiasiyaya məruz qalan uşaqların ümumi xəstəliyi olan "leykemiyadan" ölmüşdü.
Qeyd edək ki, bu qəzanın da günahkarı o özü idi. Başına gələ faciə onu dəyişdirmişdi, daha qəzəbli və daha tələbkar olmuşdu. O gecə məqsədi oğlunu ondan alan nüvə reaktorundan daha güclü olduğunu sübut etmək idi.
1966-cı ildə nüvə enerjisinin inkişaf etdirilməsi kommunist rejiminin əsas hədəfi idi. İnşasını sürətləndirmək üçün hər şey edilirdi. Çernobılın müdüri Viktor Biryukanov və köməkcisi 4-cü enerji blokunun acılışı üçün tələsirdilər. Beləliklə partiyanın başçıları və özləri önəmli mükafatlar qazanacaqdılar. Təhlükəsizlik ikinci planda idi. Məsənlən, reaktorun tavanının yanmaz materialdan inşa edilməli olduğu halda, belə bir material heç istifadə olunmamışdı.
Beləliklə, qəzanın səbəbləri ortaq idi və örtbasdır edilirdi. Və bütün bu catışmazlıqlar Anatoli Diatlovun radiuma olan qəzəbi ilə tamamlandı. Saatlı bombaya çevrilən radiatorda gecə yarısı bir-birinin ardınca iki böyük partlayış baş verdi. Bölgəyə 700 ton nüvə qrafit yayıldı. Qaranlıq və qorxunc səs o gecə hər kəsi müharibə olduğuna inandırmışdı. Zəhərli qaz buludları durmadan yayılırdı. Radioaktiv tozlar torpaqda, heyvanlarda və insanlarda uzun illər yaşamağa davam etdi.
Partlayış zamanı 31 nəfər öldü. Həyatda qalanlar isə…
Bu qəzadan sonra "Troid xərçəngi" 200 qat artdı, minlərlə insan xəstəliklərdən öldü. Partlayışdan təsirlənən şəhərlər bir daha əvvəlki vəziyyətinə qaytarıla bilmədi. Öləcəyini bilən 200 mindən artıq insan radiasya tullantılarını təmizlədi.
135 min nəfər bölgədən köcürüldü. Radiasiya durmadan yayılırdı. 600 mindən çox insanın bədəni radioaktiv nüvə qrafitləri ilə yüklənmişdi. Çernoblın baş mühəndisi Niolay Fomin 10 il həbs cəzasına məhkum edildi. Lakin ruhi xəstəliyi olduğu bildirilərək qısa zaman sonra azad edildi. Anatoli Diatrov isə 390 ram radiasiyaya məruz qalsa da, bu onu öldürmədi. 10 illik hökmün cəmi 4 ilini həbsdə keçirən Diatlov, qəzadan 9 il sonra infakt olaraq öldü. Ölmədən öncə bütün bu hadisələrin özü ilə nüvə reaktoru arasındakı mübarizə olduğunu bildirib. //ATV.az