
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov teleaparıcı Xoşqədəm Baxşəliyevanın “ATV” telekanalından ayrılması ilə bağlı bugünki mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
M.Məmmədov “Qafqazinfo”ya açıqlamasında X.Baxşəliyevanın ona məxsus “Səni axtarıram” proqramının müəllif hüquqlarını ATV-nin prezidenti Vüqar Qaradağlıdan ala bilməməsi ilə bağlı səsləndirdiyi ittihamları şərh edib və bildirib ki, həmin proqram telejurnalistə məxsusdur:
““Səni axtarıram” Xoşqədəm Baxşəliyevanın proqramıdır. Hara getsə onu özü ilə apara bilər. Kanalın ona müəllif hüququnu verməməsi gələcəkdə ANS-lə ATV telekanalı arasında hər hansı narazılığa səbəb ola bilməz”.
Qaynar.info