
ABŞ-ın "National Enquirer" jurnalı ötən ilin sonunda prezident Barak Obama və xanımı Mişel Obama arasındakı soyuqlaşmanın pik həddə çatdığını yazıb.
Qaynar.info xəbər verir ki, jurnal Mişel Obamanın gizli xidmət orqanlarından ərinin onu aldatmasını ört-basdır etdiyini və eşqbazlıqlarına daha dözə bilmədiyini yazıb.
Jurnal "Ağ Ev xəyanət qalmaqalı"nın partlamaq üzrə olduğunu, Barak Obama və xanımının boşanma niyyətlərinin ABŞ cəmiyyətindən gizlədildiyini bildirib.
Nelson Mandelanın dəfn mərasimində ABŞ prezidentinin Danimarka baş naziri ilə fotolarını da xatırladan "Natonal Enquirer" cütlüyün 21 illik evliliyinin bitmək üzrə olduğunu yazıb. Cütlüyün Havay adalarında tətil zamanı bir-birilərilə dalaşdıqları da ortaya çıxıb.
Jurnala açıqlama verən mənbə Mişel Obamanın 15 günlük tətili bitdikdən sonra Vaşinqtona qayıtmaq istəmədiyin və "bu evliliyi bitirmək istəyirəm" dediyini bildirib.
Qaynar.info