
ABŞ prezidenti Barak Obama növbəti dəfə Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edib.
Qaynar.info-nun məlumatına görə, Obama ABŞ-da səfərdə olan Cənubi Koreya prezidenti Park Geun-Hye ilə görüşü zamanı Suriyada baş verənlərə toxunub: "Suriyadakı vəziyyət asan deyil. Mənim işim Suriya ilə bağlı doğru, milli təhlükəsizlik maraqlarımızı hesablamaq və qərarlarımı ümid və dualara deyil, həqiqi analizlər əsasında qərar verməyimdən əmin olmaqdır. Mən qərarlarımı fərziyyələr üzərində vermirəm. Beynəlxalq koalisiyanı da fərziyyələrə görə toplamıram. Biz bunu keçmişdə sınaqdan keçirdik, amma nəticəsi olmadı. Dolayısı ilə biz mümkün olan ən yaxşı analizə sahib olduğumuzdan və addımlarımızı bilrəkə atdığımızdan əmin olmaq istəyirik".
Prezidentliyi dövründə bir məsələdə addım atacağı zaman əvvəl-axır bu addımın atıldığını deyən Obama Üsamə Bin Laden və Qəddafini misal göstərib: "İstər Qəddafi, istərsə də Bin Laden olsun əgər bir qərar vermişiksə, beynəlxalq ictimaiyyət verdiyimiz sözü yerinə yetirdiyimizi yaxşı bilir".
Qaynar.info