Xəbər lenti

Obama: "Rusiyaya qarşı səbrim yoxdur"
Dünya09:08 07.08.2013

Obama: "Rusiyaya qarşı səbrim yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama dünən NBC telekanalında yayımlanan "Jay Leno ilə Tonight Show" verilişinin qonağı olub. 

Qaynar.info xəbər verir ki, veriliş boyu Rusiyanı sərt tənqid edən Obama keçmiş MKİ əməkdaşı Snouden və cinsi azlıqlara göstərdiyi münasibətə görə, rəsmi Moskvanı qınayıb. 

Rusiyanın Edvard Snoudenə sığınacaq verməsindan dərin narahatlıq keçirdiyini deyən Obama Rusiyanın terrorla mübarizə məsələsində önəmli addımlar atdığını, ancaq tez-tez Soyuq müharibə məntiqinə qayıtdığını söyləyib. 

Obama bir müddət əvvəl Rusiyada cinsi azlıqlara qarşı qəbul edilən qanunu da sərt tənqid edib: "Geyləri, lesbianları qorxudacaq və ya onlara zərər verməyə çalışan ölkələrə qarşı səbrim yoxdur". 

Qaynar.info