
ABŞ prezidenti: Rusiya beynəlxalq hüququ pozub
ABŞ prezidenti Ağ evdə Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşdə Rusiya ilə münaqişədə Ukraynaya dəstəyini ifadə deyib.
Musavat.com-un məlumatına görə, ABŞ prezidenti bəyan edib ki, Rusiyanın Krıma hərbi müdaxiləsi beynəlxalq hüququn pozulmasıdır.
Barak Obama deyib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. O, Vladimir Putini kursu dəyişməyə çağırıb.
Qaynar.info