Xəbər lenti

Obamadan Saakaşviliyə zərbə
Dünya11:06 30.09.2014

Obamadan Saakaşviliyə zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə iş vizası verməkdən imtina edib. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu fakt Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasında “panik əhval-ruhiyyə” yaradıb. 

Nəşr bunu eks prezidentin Ağ Evdə dəstəyinin qalmaması kimi dəyərləndirib. 

Saakaşvili ABŞ-da işçi vizası ala bilməməsi onun bu ölkədə siyasi sığınacaq almaq niyyətinin də üstündən xətt çəkir. 

Xatırladaq ki, Nyu-Yorkda yaşayan eks prezident sentyabrın 20-də işçi vizası almaq üçün sənədlərini verdiyini açıqlamışdı.

Qaynar.info