
İranın nüvə silahı əldə etməsinə bir ilə yaxın vaxt qaldığını deyib və ölkəsinin bunun qarşısını almaq üçün gücü daxilində hər şeyi edəcəyini bildirib.
İsrailə gələn həftənin ortalarınsa səfər etməyi planlaşdıran Obama bu ölkənin "Channel 2" televiziyasına müsahibə verən Obama İranın nüvə proqramıyla bağlı məsələdə hələ də gücdən istifadəyə deyil, diplomatiyaya üstünlük verdiyini deyib.
Digər tərəfdən nüvə silahına sahib bir İranın qırmızı xətt olduğunu vurğulayan Obama bunun qarşısını almaq üçün bütün variantların masada olduğunu vurğulayıb.
ABŞ prezidenti bu məsələni İsrailin baş naziri Netanyahu ilə müzakirə edəcəklərini və mesajının yenə eyni olacağını bildirib: "Bu problemi diplomatik yolla həll etsək, daha qalıcı bir həll olar. Amma həll edə bilməsək, bütün variantları masada saxlamağa davam edəcəm".
Obama hər kəsin mənafeyinə uyğun olan diplomatik həll iləbağlı müddətin sonsuz olmadığını, İranlıların mövcud yolla getməyə davam edəcəkləri təqdirdə bunun cəzasının ağır olacağının fərqinə vardıklarını düşündüyünü söyləyib.
ABŞ lideri nüvə silahına sahib olan İranın dünyanın və ABŞ-ın milli təhlühəsizlik mənafeləri üçün təhlükə olduğunu vurğulayıb.
Qaynar.info