Xəbər lenti

Obamanın terror xəbərini eşidərkən reaksiyası - FOTO
Dünya08:25 23.03.2016

Obamanın terror xəbərini eşidərkən reaksiyası - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə terror aktlarının törədildiyi saatlarda ABŞ prezidenti Barak Obama Kubada səfərdə olub.

Qaynar.info publika.az-a istinadən bildirir ki, dünya mediası Barak Obamanın terror xəbərlərini telefonla eşitdiyi anın fotosunu yayıb.

Xatırladaq ki, dünən Belçikanın paytaxtı Brüsseldə 3 terror aktı törədilib. Nəticədə 31 nəfər ölüb, 250 şəxs yaralanıb.

Terror hadisəsini İŞİD öz üzərinə götürüb. Qanlı olay dünyada böyük əks-səda doğurub.

Qaynar.info