Xəbər lenti

Obradoviçli millimiz Sumqayıtda rəzil oldu
İdman18:45 12.10.2021

Obradoviçli millimiz Sumqayıtda rəzil oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa çempionatının seçmə mərhələsində U-21 millimiz bu gün Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 
Qaynarinfo xəbər verir ki, Sumqayıtdakı "Kapital Bank Arena”da keçirilən oyun xorvatların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində 55-ci dəqiqədə penaltidən Musa Qurbanlı fərqlənib. Turan Vəlizadə isə 68-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
AVRO-2023-ün seçmə mərhələsi
12 oktyabr
20:30. Azərbaycan – Xorvatiya - 1:5
(Musa Qurbanlı, 55 (penalti) - Roko Şimiç, 9; 13, 44-p. Nikola Soldo, 25, Yosip Şutalo, 81)
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. "Kapital Bank Arena”
Xorvatiya - 12, Norveç - 9, Avstriya - 9, Finlandiya - 7, Azərbaycan - 1, Estoniya - 0
Qrupun digər matçlarında Norveç evdə Estoniyanı darmadağın edib - 3:0. Avstriya isə səfərdə Finlandiyaya 1:3 hesabı ilə uduzub.
Səbuhi Həsənov