Xəbər lenti

Odessada toqquşmalar nəticəsində ölənlərin sayı artır- YENİLƏNİB
Dünya17:12 02.05.2014

Odessada toqquşmalar nəticəsində ölənlərin sayı artır- YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Odessada kütləvi iğtişaşlar zamanı ölənlərin sayı 4-ə çatıb.

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Odessa şəhər milis idarəsi açıqlama yayıb.

Məlumatda 3 milis əməkdaşının yaralanması da bildirilir. Ümumilikdə xəsarət alanlar sayı barədə hələ ki məlumat yoxdur.

İğtişaşlarda müxtəlif partlayıcı maddələr, “Molotov kokteyli” və daşlardan istifadə olunduğu bildirilir.

Qaynar.info

***

21:35

Bu gün  Ukraynanın Odessa şəhərində  toqquşmalar nəticəsində ən azı 1 nəfər ölüb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, federallaşma tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 10-15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda iğtişaş yatırılıb. Hadisə yerində operativ-istintaq qrupu işləyir.

Qaynar.info