Maqazin 09:21 01.09.2022

Oğlu Səyyad Əlizadənin arzusunu həyata keçirdi  (FOTO)

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy ali məktəbə qəbul olub.

Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib

"Atacan, həyatdakı ən əsas arzunu həyata keçirdim. Ruhun şaddır inşallah", - deyə Atabəy paylaşımında qeyd edib.

Xatırladaq ki, S.Əlizadə ötən ilin sentyabrında vəfat edib.