Xəbər lenti

Dünya 18:56 30.05.2022

Ohanyanın 3,5 milyonluq əmlakı və vəsaiti müsadirə oluna bilər

Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

Qaynarinfo "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki "Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.
 
Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.

Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

Bu arada Seyran Ohanyan açıqlama verərək İrəvanın mərkəzindən avtomobillə 15 dəqiqəlik məsafədə yerləşən Vahaqni məhəlləsində mülkə sahib olması ilə bağlı xəbərləri təkzib edib. Keçmiş nazir bildirib ki, onun da heç bir ictimai binası yoxdur.

"Ona görə də nə Ermənistanda, nə də xaricdə heç bir məhkəmə bu binaları mənə məxsus kimi müsadirə edə bilməz. Əmlaklarımın olması ilə bağlı şayiələr siyasi rəqiblərim tərəfindən yayılır", - deyə Ohanyan bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->