Xəbər lenti

Oğlanlarını edam etdirən sabiq məhkəmə sədri öldü - FOTO
Dünya16:55 09.07.2014

Oğlanlarını edam etdirən sabiq məhkəmə sədri öldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Ali Məhkəməsinin sabiq sədri Ayətullah Məhəmməd Məhəmmədi Gilani paytaxt Tehran xəstəxanalarından birində 86 yaşında vəfat edib. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə SalamNews İran mətbuatına istinadla xəbər verir.

Ayətullah Gilani verdiyi hökmlə iki oğlunu eyni vaxtda edama məhkum edən ilk müctəhid kimi tanınır.

O, 33 il əvvəl - İran İslam İnqilabının qələbə çalmasından cəmi iki il sonra iki oğlunun “Xalq mücahidləri” terror təşkilatı ilə əlbir olmasından xəbərdar olub. Həmin vaxt İran İnqilab Məhkəməsinin sədri olan Ayətullah Gilani gecə ikən onların edam hökmünü verib.

Bəzi mənbələr onun üçüncü oğlunun da bu şəkildə - atası tərəfindən edam edildiyini bildirir.

Qaynar.info