Xəbər lenti

Olimpiya çempionuna 9 aylıq cəza verildi
İdman08:30 22.04.2022

Olimpiya çempionuna 9 aylıq cəza verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb. İdmançıya 9 ay belə yarışlarda çıxış etmək qadağası qoyulub. Aprelin 20-də qüvvəyə minən qərara əsasən ikiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı "Lujniki" stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.
Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.
Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.
Səbuhi Həsənov