Xəbər lenti

Şolts ifrat sağçıların populyarlığının artmasını izah etdi
Dünya 12:21 27.06.2024

Şolts ifrat sağçıların populyarlığının artmasını izah etdi

Almaniya kansleri Olaf Şolts bildirib ki, onun üçün son Avropa Parlamenti seçkilərində ifrat sağçı partiyaların uğuru siyasətdə "həlledici dönüş nöqtəsi”dir.

Qaynarinfo xəbər verir ki, Şoltsun bəyanatını DW yayıb.

Bundestaqda çıxışı zamanı kansler bildirib ki, ifrat sağçı, avroskeptik partiyaların populyarlığının artması dünyanın bir sıra böhranlarla üzləşdiyi bir vaxtda ictimaiyyətin əsas siyasətə inamını itirməsi ilə bağlıdır.

Şolts mötədil siyasətçiləri "Almaniya və Avropaya inamı” bərpa etmək üçün əsaslar verməyə çağırıb.

"Çox vaxt o qədər də yaxşı olmayan köhnə yaxşı günlərə qayıtmaq mümkün deyil", - deyə Almaniya hökumətinin başçısı vurğulayıb.

O, sadə populist cavablardan daha çox real qərarlar qəbul etməyə çağırıb.

Bundan əlavə, Şolts əlavə edib ki, seçicilərin dörddə üçü populist və ya ekstremist partiyaları dəstəkləmir.

Eyni zamanda o, "vətəndaşların narahatlığını öz məqsədləri üçün istifadə edən populistlər və ekstremistlərlə rəqabətə girməmək” barədə xəbərdarlıq edib.

Yada salaq ki, Fransanın baş naziri Qabriel Attal iyunun 30-da keçiriləcək növbədənkənar parlament seçkilərinin birinci turu ərəfəsində üçtərəfli televiziya debatları zamanı ifrat sağçı və solçu rəqiblərini boş vədlər verməkdə ittiham edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->