Xəbər lenti

Şolts: “Məni qınayanlar indi özləri Ukraynaya tank vermək istəmir”
Dünya11:19 18.02.2023

Şolts: “Məni qınayanlar indi özləri Ukraynaya tank vermək istəmir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Olaf Şolts müttəfiqlərin Ukraynaya tankların tədarükü ilə bağlı mövqeyindən narazılığını bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Münhen Təhlükəsizlik Konfransında bir jurnalist Şoltsdan digər ölkələri Ukraynanı ağır zirehlərlə təmin etməyə inandırmalı olub-olmadığını soruşub. Almaniya kansleri belə cavab verib: 
"Bu, başqalarına, xüsusən də məni hərəkətə keçməyə sövq edənlərə verməli olduğum sualdır".
Nəşr qeyd edir ki, Şolts bir neçə ay ərzində Ukraynaya Leopard tanklarının tədarükü ilə bağlı digər ölkələrin təzyiqləri ilə üzləşib. Bununla belə, Berlin 14 Leopard tankı göndərməyə razılaşdıqdan bir neçə həftə sonra müttəfiqlərdən bir neçəsi öz ehtiyatlarından bu tankların hər hansı birini Kiyevə verib. Bununla əlaqədar olaraq, konfransda Şolts "əsas döyüş tanklarını təmin edə bilənlərin hamısını həqiqətən bunu etməyə" çağırıb. O, həmçinin Almaniyanın müdafiə naziri Boris Pistorius və xarici işlər naziri Annalena Berbokun Münhen konfransından müttəfiqləri tank öhdəliklərini yerinə yetirməyə təşviq etmək üçün istifadə edəcəklərini vurğulayıb.
Bundan əvvəl mətbuatda Hollandiya və Danimarka hakimiyyətlərinin Ukraynaya Leopard 2 tankları göndərməkdən imtina etməsi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, Hollandiyanın baş naziri Mark Rutte ölkəyə 18 Leopard 2 verəcəyini vəd etsə də, indi Haaqa nəşrin sorğusuna cavab olaraq, tankların Kiyevə təhvil verilməsinin artıq nəzərdən keçirilmədiyini deyib. Ən müasir versiyada - 2A7-də 44 Leopard-ı olan Danimarka da tankları Ukraynaya verməyəcək. 200 Leopard-2 tankı olan Finlandiya da NATO-ya daxil olana qədər tədarüklərdən imtina edə bilər.
Alpər