Xəbər lenti

Oğluna dəbdəbəli toy edən məmur işdən qovuldu
Dünya14:18 08.10.2013

Oğluna dəbdəbəli toy edən məmur işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində oğluna dəyəri təxminən 250 min dollar olan üçgünlük möhtəşəm toy edən məmur işdən qovulub. Dəbdəbəli toyda məşhur müğənnilər çıxış ediblər. Dəvətliləri toya bahalı limuzinlərlə gətiriblər.

Bəyin yerli administrasiyada vəzifə tutan atası Ma Linsyan bildirib ki, toyun xərcinin böyük hissəsini gəlinin ailəsi ödəyib.

Çinin Kommunist Partiyası bəyan edib ki, toy üçün dövlət büdcəsindən vəsait sərf olunmayıb. Bununla belə, məmur işdən qovulub.

Çin cəmiyyətində məmurların varlanmasına etirazlar artmaqda davam edir. Bu səbəbdən də hökumət dövlət qulluqçuları arasında israfçılıqla mübarizə aparır.


Qaynar.info