Xəbər lenti

Ombudsman Bərdədə qaçırılan 17 yaşlı qıza zəng etdi
Ölkə12:30 29.08.2020

Ombudsman Bərdədə qaçırılan 17 yaşlı qıza zəng etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.
Bu barədə Ann.az-a Ombudsman Aparatından məlumat verilib. 
Bu məqsədlə dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb. 
Eyni zamanda Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.
İctimaiyyətə əlavə məlumat veriləcək.