Xəbər lenti

On iki yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi
Ölkə11:21 13.05.2013

On iki yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Adı Rusiyanın “Qızıl Fondu”na daxil edilmiş ilk azərbaycanlı olan 12 yaşlı Əli Muradov növbəti uğuruna imza atıb.

AzərTAc xəbər verir ki, “Planet of Talents” (“İstedadlıların planeti”) adlı Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edərək Əli Muradov müsabiqənin ən üstün mükafatına - “Qran-pri”yə layiq görülüb.

Novosibirsk şəhərində həmin müsabiqənin qala-konserti və diplomların təqdim edilməsi mərasimi keçirilib.

“Akademik vokal” nominasiyası üzrə 9-12 yaş qrupunda iştirak edən Əli Muradov “Qran-pri” mükafatına layiq görülməklə yanaşı, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə xüsusi təşəkkürnamə ilə də təltif olunub.

5 min nəfərə yaxın iştirakçının qatıldığı müsabiqədə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya Respublikası, Ermənistan da daxil olmaqla 50 ölkə iştirak edib.

Şəhərin 8 müxtəlif konsert zalında müsabiqə iştirakçılarının ifa etdikləri əsərlər Rusiyanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr və “Qran-pri” mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.

Qaynar.info