
Baş nazirin müavini, Qaçqınların və Kəcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaxın günlərdə Xocalısoyqırımında hər iki valideynini itirmiş 25 gənclə görüşəcək.
Qaynar.info-nun modern.az saytınaistinadən xəbərinə görə, Əli Həsənov bu haqda iyunun 17-də Binəqədi rayonunda vətəndaşlarüçün keçirdiyi qəbul zamanı məlumat verib.
Bu yaxınlarda Bakıda onların hamısını bir yerə yığıb, görüşəcəm. Həmingənclərdən rayonlarda yaşayanlar varsa, onlar da görüşə dəvət olunacaq.
Əli Həsənov deyib ki, Xocalı soyqırımında hər iki valideynini itirmiş 25gəncin müəyyən problemləri var və onlar bua haqda mediada mütəmadi çıxışediblər. Elə bu görüş də həmin problemlərin həllinə hesablanıb.
Qaynar.info