Xəbər lenti

Oqtay Əsədov deputata irad tutdu: “Söz güləşdirmə!”
Ölkə09:40 28.10.2014

Oqtay Əsədov deputata irad tutdu: “Söz güləşdirmə!”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclis Azərbaycanla Bosniya və Hersoqovina parlamentlərarası işçi qrupunun dəyişdirilməsi barədə də qərar verib.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, dövlət vəzifəsinə təyinatı ilə əlaqədar Mübariz Qurbanlının deputat mandatı ləğv edildiyi üçün onu Gülçöhrə Məmmədova əvəzləyib.

Növbəti məsələnin müzakirəsi zamanı çıxışı edən deputat Zahid Oruc vətəndaşları narahat edən bir sıra problemlərdən bəhs edib. Onun çıxışı isə spiker Oqtay Əsədovu narazı salıb: “Zahid Oruc, mən heç kimin xətrinə dəymək istəmirəm. Amma tamam başqa məsələ müzakirə olunurdu. Biz burda Ali Məhkəmə deyilik”. 

Z.Orucun yerdən məsələyə aydınlıq gətirmək istəməsinin qarşılğında isə spiker “Sən fikrini dedin, mən qulaq asdım, indi sən də qulaq as” - deyə reaksiya verib.

Z.Oruc çıxışa yazılıb, məsələyə reaksiya verəcəyini deyəndə spiker sərt şəkildə “Mən də sənə söz verməyəcəyəm, sən də heç nə deyə bilməyəcəksən” - deyə cavab verib. 

Z.Oruc yerdən reaksiya versə də, spiker “Söz güləşdirmə! Görürəm, sənin çox güclü ideyaların var. Yerdən danışma!” deyərək növbəti məsələyə keçib.

Qaynar.info