Xəbər lenti

Oqtay Əsədovdan deputatın təklifinə sərt reaksiya
Ölkə09:37 23.11.2017

Oqtay Əsədovdan deputatın təklifinə sərt reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.
Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə,, Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.
"Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiz”, -deyə O.Əsədov vurğulayıb.