Xəbər lenti

Orqan mafiyası uşağı qaçırıb gözlərini çıxardı - FOTO
Dünya08:59 28.08.2013

Orqan mafiyası uşağı qaçırıb gözlərini çıxardı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində orqan alverçiləri altı yaşlı uşağı qaçırıb, gözlərini çıxarıblar. 

Qaynar.info xəbər verir ki, Çinin Fenxi şəhərində altı yaşlı uşaq evlərinin qarşısında təkbaşına oynayarkən iki nəfər tərəfindən qaçırılıb. Ailəsi uşağı təxminən 4 saat sonra huşunu itirmiş vəziyyətdə tapıblar. 

Uşağa baxan ailəsi onun hər iki gözünün çıxarılmış vəziyyətdə olduğunu görüblər. Ərazidə aparılan axtarışlar zamanı uşağın çıxarılmış gözləri də tapılıb. Lakin çıxarılan gözün bəbəklərinin  alverçilər tərəfindən götürüldüyü bildirilib. 

Polis orqan qaçaqçılarının yaxalanması üçün 100 min yuan (16 min dollar) mükafat təyin edib. 

Qaynar.info