
Gecə düşən kimi vətəndaşlara qənim kəsilən, onların pullarını, əşyalarını alıb mənimsəyən şəxsləri Nizami polisi yaxalayıb.
Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, "Batya" ləqəbli Vüsal Nağıyevin rəhbərlik etdiyi dəstə cinayətləri əsasən, Nizami rayon ərazisində törədib. Onlar 5 soyğunculuq faktinı törətməkdə təqsirli bilinirlər.
Əldə olunan gəlir cox vaxt yeyib icməyə sərf olunub. Pulları bitən kimi tanışlar yenidən görüşüb analoji cinayətləri törədiblər. Polis hesab edir ki , bu şəxslərin əməllərindən zərərcəkənlərin sayı coxdur. Sadəcə polisə hələlik 5 nəfər şəxs müraciət edib. Faktla bağlı soyğunculuq maddəsi ilə cinayət işi acılıb. İstintaq araşdırmaları davam edir.
Qaynar.info