Ədəbiyyat üzrə Nobel mükafatını alan yeganə türk yazıçısı Orxan Pamuk bu gün Aslı Akyavaş adlı xanımla evlənib.
Qaynarinfo-nun türk mətbuatına istinadla verdiyi xəbərə görə, pandemiya ilə əlaqədar toy mərasimi ailə daxilində keçirilib.
Aslı Akyavaş Boğaziçi Universitetinin Beynəlxalq Siyasət Fakültəsinin məzunudur.