Xəbər lenti

Orxan Pamukun erməni sevgilisi intihara cəhd etdi
Dünya07:45 30.08.2014

Orxan Pamukun erməni sevgilisi intihara cəhd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nobel mükafatçısı, türkiyəli yazıçı Orxan Pamukun keçmiş erməni sevgilisi Karolin Fişekçi intihara cəhd edib. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş adamı olan sevgilisi Serkan Puldan ayrılan Karolin ona “Səni sevirəm” mesajını yazaraq intihara cəhd edib. Dərman içərək intihar edən rəssam xanım İstanbuldakı Bəylikdüzündəki xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, keçmiş cütlük ötən həftə dava edərək arılıb. S. Pul Karolinin onu təhdid edərək “mənə ya 500 min lirə verəcəksən, ya da sponsorum olacaqsan” dediyini iddia edərək məhkəməyə müraciət edib.

Qaynar.info