Fransız rejissor Anyes Varda vəfat edib.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, "Fransız Yeni Dalğası"nın əsas fiqurlarından birinə çevrilmiş Varda 90 yaşında xərçəng səbəbilə həyatını itirib.
Varda "Cleo From 5 to 7", "Vagabond", "Faces Places" kimi filmlərlə məşhur idi. Rejissor 2017-ci ildə "Faces Places" sənədli filminə görə Oskar mükafatına layiq görülüb. O, bu mükafata sahib çıxan ilk qadın rejissordur.
Gülşən