Xəbər lenti

Ostravada medalların sayı beşə çatdı
İdman07:51 02.05.2022

Ostravada medalların sayı beşə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.
Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.
Məryəm Şeyxəlizadəxangah həmin növdə finişə 1 dəqiqə 2,25 saniyəyə çatmaqla üçüncü olub.
Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 mert məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.
Səbuhi Həsənov