Xəbər lenti

Oteldə yanğın: 500 nəfər təhlükədə
Dünya11:41 01.10.2013

Oteldə yanğın: 500 nəfər təhlükədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Türkiyə Muğla vilayətinin Marmaris rayonunda 4 ulduzlu oteldə yanğın baş verib.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə saat 01:15 radələrində baş verib. Otelin işçiləri tüstü və iy hiss ediblər. Onlar polisə və yanğınsöndürənə müraciət edib. Dərhal hadisə yerinə polis, təcili yardım və yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər və xilasedicilər oteldə olan 500 turisti evakuasiya edib.

Yanğın söndürülüb. İlkin ehtimala görə yanğın elektik qısaqapanmasından baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info