Xəbər lenti

Oğul anasının gözləri qarşısında arvadını öldürdü
Ölkə06:40 22.10.2013

Oğul anasının gözləri qarşısında arvadını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki uşaq anası Aygün ailə-məişət münaqişəsinin qurbanı olub


Ana övladının qəzəbinin faciə ilə bitəcəyini heç gözləmirdi. Gözləri qanla örtülmüş oğul əlinə bıçaq alarkən onu dünyaya gətirən anasına da məhəl qoymayıb.

Bakının Binəqədi rayonunda 36 yaşlı Nəsib Hüseynov anasının gözləri qarşısında bıçağı 27 yaşlı həyat yoldaşı Aygünün ürəyinə sancıb. Şuşa şəhərindən məcburi köçkün kimi Novxanı qəsəbəsindəki “Şəfəq” pansionatında məskunlaşan N.Hüseynovun həyat yoldaşı ilə mübahisəsi yaranıb.

Binəqədi Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, əsəbi halda olan ər əvvəlcə Aygünü döyüb. Bu zaman Nəsibin anası onları sakitləşdirməyə çalışsa da, istəyi baş tutmayıb. Nəsib bıçaqla Aygünün ürəyinə bir zərbə vurub. Həmin zərbə iki azyaşlı uşaq anası olan Aygünün həyatını yarıda kəsib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, arşadırma aparılır.


Qaynar.info