
İyul ayında Suriyada silahlılar tərəfindən oğurlanmış polşalı jurnalist Marçin Suder, əsirlikdən qaçmağı bacarıb və sağ-salamat evinə geri dönüb.
Anspress-in verdiyi məlumata görə, bu barədə Polşa KİV-ləri yazıb. Jurnalist 24 iyulda silahlılar tərəfindən müxalifətin Suriyanın şimal-qərbində yerləşən İndlib əyalətinin Sarakib şəhərindəki mətbuat-xidməti ofisindən qaçırılmışdı.
Suder Polşanın "Studio Melon" fotoagentliyindən fotomüxbir qismində Suriyaya getmişdi. Jurnalistlərin müdafiəsi komitəsi Suriyanı jurnalistlər üçün dünyanın ən təhlükəli yeri adlandırırlar. 2012-ci ildə hökümət hərbçiləri və müxalifət silahlıları tərəfindən 39 jurnalist öldürülüb və 21 jurnalist oğurlanıb.
Qaynar.info