Xəbər lenti

Oğurlanmış 2 milyon dollarlıq skripka tapıldı
Dünya16:06 30.07.2013

Oğurlanmış 2 milyon dollarlıq skripka tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Antonio Stradivarinin əl işi olan skripka 1696-cı ildə düzəldilib.

Britaniya polisi Antonio Stradivarinin əl işi olan və üç il qabaq Londonda oğurlanmış skripkanı tapmağa nail olub. Anspress bildirir ki, $1,8 milyon dollarlıq skripka öz qılafının içində Londonda tapılıb. Polisin məlumatına görə, nə skripka, nə də onun çubuğu zərər görməyib. Polis başqa detallar barədə məlumat verməyib. Skripka Cənubi Koreyadan olan skripkalı Min Çin Kimə təhvil verilib. 1696-cı ildə düzəldilmiş skripka 2010-cu ilin noyabrında London Simfonik Orkestri ilə çıxış edən Kimdən oğurlanıb. 

Qaynar.info