Xəbər lenti

Ovçular tərksilah olundu
Ölkə07:49 24.07.2013

Ovçular tərksilah olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qanunsuz ov etdiklərinə görə saxlanılmış Qəbələ rayon sakinlərindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi götürülüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon Polsi Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayondakı "Şahdağ" Milli parkının ərazisində qanunsuz ov etdiklərinə görə rayon sakinləri İldrım Həmidov və Aqil Bəşirov saxlanılıb.
Onlardan müvafiq sənədləri oımayan 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.


Qaynar.info