Xəbər lenti

Ovusu "Qarabağ"a qayıtmır
İdman06:30 27.04.2022

Ovusu "Qarabağ"a qayıtmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın qanalı hücumçusu Kvabena Ovusu hazırda çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubunda qalacaq.
Qaynarinfo qana mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu tərəfindən icarəyə götürülən futbolçu TFF 1-ci liqasında meydana çıxdığı 20 oyunda 7 qola, 4 məhsuldar ötürməyə imza atıb. Forvardın oyununu bəyənən "Ankaragücü" onunla daimi müqavilə bağlamağa hazırdır. 
Ovusunun "Qarabağ"la müqaviləsi 2023-cü ildə başa çatacaq. Ona görə də "Qarabağ"ın bu satışdan qazanc əldə edəcəyi bildirilib.
Qanalı oyunçu "Qarabağ"a 2020-ci ildə İspaniyanın "Leqanes" klubundan keçsə də cəmi br mövsüm oynayıb. Ardından isə "Ankaragücü"nə icarəyə verilib.
Səbuhi Həsənov